newsPhoto

Regionlarda səyyar xidmətlər davam etdirilir

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Ağsu, Xaçmaz, Şirvan, Yevlax, Lənkəran regional miqrasiya idarələri tərəfindən  Qobustan, İsmayıllı, Goyçay, Xaçmaz, Şirvan, Yevlax, Salyan, Neftçala, Tərtər, Bərdə, Ucar və Lənkəranda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması) ilə bağlı tələb olunan sənədlər yerindəcə qəbul edilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti