Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə maarifləndirici görüşlər keçirilib

Odlar Yurdu Universitetində və Azərbaycan Texniki Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə” layihəsi çərçivəsində əcnəbi tələbələr və onlarla işləyən ali məktəb nümayəndələri ilə görüşlər təşkil olunub.

Tədbirin əsas məqsədi əcnəbi tələbələrin miqrasiya qaydaları, hüquq və öhdəlikləri barədə məlumatlandırılması, ölkədəki yaşama və qeydiyyat prosedurlarının izahı olub.

Görüşlərdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak edərək, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi, viza tələbləri və yaşama icazələri ilə bağlı geniş təqdimatlar ediblər.

Tədbirlər zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti