İctimai Şuranın üzvləri Bakı şəhər müvəqqəti yerləşdirmə mərkəzinə monitorinq səfəri ediblər
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Bakı şəhər müvəqqəti yerləşdirmə mərkəzinə monitorinq səfəri həyata keçiriblər.
Səfərin məqsədi mərkəzdə yerləşdirilən əcnəbilər üçün yaradılmış şəraitlə tanış olmaq və onların vəziyyətini yerindəcə qiymətləndirmək olub. İctimai Şura üzvləri əcnəbilərin mərkəzə qəbul və yerləşdirmə prosesi, onların saxlanma şəraiti, mərkəzin yataqxana və yaşayış korpusları, tibb otaqları, görüş və istirahət otaqları, yeməkxana, təmizlik və gigiyena qaydalarına əməl olunması vəziyyəti, təminat anbarı və digər sahələrlə yaxından tanış olublar.
Monitorinq zamanı Şura üzvləri mərkəzdə yerləşdirilən şəxslərlə də görüşmüş və onların fikir və təkliflərini dinləmişlər.
Azərbaycan Respublikası