Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən Hərbi Qənimətlər Parkına maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiyada Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, “Miqrasiya məktəbi” layihəsinin iştirakçıları, “Miqrasiya Könüllüləri” İctimai Birliyinin üzvləri, eləcə də Xidmət tərəfindən ölkəmizdə qaçqın statusu verilmiş şəxslər və onların övladları iştirak ediblər.

Tədbirin əsas məqsədi iştirakçıların Azərbaycanın müasir tarixində mühüm yer tutan Vətən müharibəsi dövrü, dövlətimizin suverenliyinin bərpasına gedən yol və bu istiqamətdə qazanılmış nailiyyətlər barədə məlumatlandırılması, həmçinin Hərbi Qənimətlər Parkında sərgilənən ekspozisiyalarla yaxından tanış olmalarının təmin edilməsi olub.

Maarifləndirici səfər zamanı iştirakçılara Azərbaycan Ordusunun qazandığı tarixi qələbə, əldə olunan hərbi qənimətlər və suverenliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti