Əcnəbi tələbələrlə "Miqrasiya qaydaları" mövzusunda maarifləndirici görüşlər keçirilib
Azərbaycan Tibb Universitetində və Bakı Avrasiya Universitetində “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə” layihəsi çərçivəsində əcnəbi tələbələrlə görüşlər təşkil olunub.
Əsas məqsədi ölkədə yaşayan və təhsil alan əcnəbi tələbələrin hüquqi maarifləndirilməsi, miqrasiya qaydaları barədə biliklərinin artırılması, həmçinin onların hüquq və öhdəlikləri barədə məlumatlandırılması olan görüşlərdə iştrika edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları miqrasiya qanunvericiliyi, viza, qeydiyyat və yaşama qaydaları ilə bağlı geniş təqdimatla çıxış ediblər.
Hər iki tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Azərbaycan Respublikası

