newsPhoto

“Əmək və Məşğulluq” altsistemi mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində insan resurslarının idarə edilməsi sahəsində çalışan miqrasiya orqanları işçiləri üçün “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) mövzusunda təlim keçirilib.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzi  tərəfindən təşkil edilən təlimdə “Əmək və məşğulluq” altsisteminin funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə ətraflı məlumat verilib. Həmçinin, təlim zamanı platformada tətbiq olunan son yeniliklər və onların istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti