Dövlət Miqrasiya Xidmətinin rəisi İslam İnkişaf Bankının rəsmiləri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İslam İnkişaf Bankı Qrupunun Baş Katibi cənab Riyad Raqib Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, ölkənin miqrasiya siyasətinin əsas prioritetləri barədə məlumat verib. O, miqrasiya idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və bu istiqamətdə yeni layihələrin icrasının əhəmiyyətini vurğulayıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən İslam İnkişaf Bankı Qrupunun Baş Katibi cənab Riyad Raqib Əhməd 2026-cı ildə İslam İnkişaf Bankının İllik Toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati işlər barədə məlumat verib, sözügedən işlərin yüksək səviyyədə görülməsi üçün mümkün dəstək imkanları, eləcə də tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası