newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Dövlət idarəçiliyində antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətində Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzi tərəfindən “Dövlət idarəçiliyində antikorrupsiya siyasəti” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov çıxış edərək korrupsiyanın cəmiyyət və dövlət institutlarına mənfi təsirləri, onun qarşısının alınmasında effektiv hüquqi mexanizmlər, həmçinin Azərbaycanda tətbiq olunan qabaqcıl təcrübələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyində şəffaflıq, hüquq üstünlüyü və ədalətli idarəetmə prinsiplərinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olmuş, cənab Prezident İlham Əliyev bu siyasi irsi əsas tutaraq korrupsiyaya qarşı sistemli mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmiş və bu sahədə mühüm islahatlara imza atmışdır.

Təlim zamanı iştirakçılara son illərdə həyata keçirilən rəqəmsal idarəetmə, elektron hökumət, “ASAN xidmət” modeli, şəffaf kadr siyasəti və ictimai nəzarət mexanizmləri barədə məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti