Dövlət Miqrasiya Xidmətinin rəisi İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşüb.
Qonağı səmimiyyətlə salamlayan Xidmət rəisi Azərbaycan hökumətinin həyata keçirdiyi miqrasiya siyasəti, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, eləcə də ölkəmizdə olan və yaşayan əcnəbilərin rahatlığının təmin edilməsi və inzibati prosedurların minimuma endirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, mövcud münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcəklərini bildirib.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası