Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin iyul ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin iyul ərzində 8741 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 2621-i müvəqqəti yaşama icazəsi, 237-si müvəqqəti olma müddətinin uzadılması, 558-i vətəndaşlıq məsələləri, 952-si olduğu yer üzrə qeydiyyat, 376-sı daimi yaşama icazəsi, 907-si iş icazəsi, 298-i inzibati xəta, 2792-si isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası