“Konstitusiya və Suverenlik ili” çərçivəsində vebinar keçirilib
Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev – Azərbaycanda konstitusion islahatların banisidir” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimdə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlardan bəhs edib. Bildirilib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyası məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq, dövlətçiliyimizin möhkəmlənməsində əsas baza sənədi kimi mühüm rol oynayıb.
Təlim zamanı iştirakçılara konstitusiya quruculuğunun tarixi inkişaf mərhələləri, Konstitusiyanın hüquqi sistemdəki yeri və rolu, eləcə də müxtəlif dövrlərdə aparılmış konstitusion islahatlar barədə geniş məlumat verilib.
İsaxan Vəliyev həmçinin konstitusiya və hüquqi islahatların ölkənin siyasi, sosial və iqtisadi inkişafında oynadığı rol barədə konkret faktlar əsasında danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası