Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri və “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları üçün seminar keçirilib.

 Seminarda Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev milli dövlətçilik ideologiyasının əsasının qoyulmasında və ölkədə sabitliyin bərqərar edilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri, eləcə də “Konstitusiya və Suverenlik ili” barədə gənclərə ətraflı məlumat verib. Deputat
parlament diplomatiyasının post-münaqişə dövründə rolu və perspektivləri haqqında danışıb. Rizvan Nəbiyev vurğulamışdır ki, çağdaş Azərbaycan diplomatiyasının memarı Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasi strategiyası və məharətli diplomatik fəaliyyətləri sayəsində xalqımızın səsi beynəlxalq müstəvilərdə eşidilir, dövlətimizin mövqeyi ilə hesablaşırlar, Azərbaycanın yaratdığı yeni siyasi reallıqların şərtləndirdiyi əməkdaşlıqda yer almaq isə bir çox ölkələr üçün həm zərurətə, həm də üstünlüyə çevrilib.​

Bu təşəbbüsün əsas məqsədi gənclərin Konstitusiya dəyərlərinə hörmət ruhunda yetişdirilməsi, hüquqi mədəniyyətin artırılması və suveren dövlətçilik prinsiplərinin təbliğidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirlər vasitəsilə milli dövlətçiliyin tarixi inkişaf mərhələləri, Konstitusiyanın qəbul olunmasının ictimai-siyasi əhəmiyyəti və ölkəmizin beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsi geniş təbliğ olunur.

 Seminarın sonunda mövzuya dair fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti