Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda səyyar xidmətlər davam etdirilir

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Yevlax, Lənkəran, Gəncə, Ağsu, Şirvan, Şəki, Xaçmaz  regional miqrasiya idarələri tərəfindən İsmayıllı, Ağdaş, Ucar, Tərtər, Ağcabədi, Lənkəran, Masallı, Gəncə, Göyçay, Şirvan, Şəki,  Qax və Xaçmazda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin alınması (müddətinin uzadılması) halları, müvafiq yaşama icazəsi vəsiqələrinin dəyişdirilməsi prosedurları ilə bağlı məlumatlar verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti