Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində şahmat və dama turniri keçirilib

Dövlət Miqrasiya Xidmətində çalışan əməkdaşlar arasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində şahmat və dama turniri keçirilib.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və DMX Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən turnirdə müxtəlif struktur bölmələrdən 18 əməkdaş iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnir dairəvi sistem üzrə təşkil olunub. Nəticələrə əsasən, şahmat yarışında Sərvan Məmmədov birinci, Nicat Əkbərov ikinci, Ayaz Babayev isə üçüncü yerin qalibi olublar.

Dama turniri də maraqlı və yadda qalan anlarla müşayiət olunub.  Yarışının sonunda Sahib İsmayılov I yer, Asif Əhmədov II yer və Anar Əlişov III yerə layiq görülüb.

Qaliblər diplomla mükafatlandırılıb, iştirakçılara növbəti yarışlarda uğurlar arzulanıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti