newsPhoto

“Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oyunda Xidmət əməkdaşları ilə yanaşı Miqrasiya könüllüləri, Miqrasiya məktəbi layihəsinin təmsilçilərindən ibarət 120-dən çox iştirakçı 20 komandada mübarizə aparıb. Komandalara təqdim olunan suallar əsasən “Konstitusiya və Suverenlik İli”, eyni zamanda vətənpərvərlik və ümumi dünyagörüşü ilə bağlı olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Kainat” komandası bütün rəqiblərini üstələyərək kubokun sahibi olub. “Araz” və Miqrasiya məktəbi iştirakçılarının  komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı ilə birgə keçirilən turnirin sonunda  qalib komandalara kubok, sertifikat və hədiyyələr təqdim olunub.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur