Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qəbul qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu təşkil olunub.
Qəbul Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən həyata keçirilib.
Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.
Qeyd edək ki, qəbul prosesində həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalibi Şahlar Məmmədov da iştirak edib. Müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.