Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər paytaxta gəlmədən olduqları ərazilərdə Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi xidmətlərdən necə istifadə edə bilərlər?

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya xidmətləri ilə bağlı  paytaxta gəlmədən Dövlət Miqrasiya Xidmətinin regionlarda fəaliyyət göstərən Şirvan, Şəki, Gəncə, Lənkəran, Xaçmaz, Ağsu, Yevlax  və Naxçıvan regional miqrasiya idarələri və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsi vasitəsilə elektron qaydada Xidmətə müraciət edə bilərlər.

Bununla yanaşı, Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən xidmətlərlə bağlı daha ətraflı məlumat almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 3 dildə fəaliyyət göstərən (012) 919 Çağrı Mərkəzinə zəng edə, rəsmi internet səhifəsinin və MigAz mobil tətbiqinin onlayn bələdçi xidmətinə, “WhatsApp” əlaqə vasitəsinə və sosial şəbəkə hesablarına sorğu göndərə bilərlər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti