Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Miqrasiya: Əsas anlayışlar və tənzimlənmə mexanizmləri” mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşəbbüsü olan Miqrasiya üzrə Regional Təlim Mərkəzində gənc nəslin miqrasiyanın faydaları barədə məlumatlandırılması məqsədilə “Miqrasiya: Əsas anlayışlar və tənzimlənmə mexanizmləri” mövzusunda təlim keçirilib.

Təlimdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, o cümlədən “Məktəblinin Dostu” layihəsinin əməkdaşları iştirak ediblər. 

İştirakçılara miqrasiya sahəsindəki əsas anlayışlar və terminlər, miqrasiya qanunvericiliyi, Azərbaycanda miqrasiya siyasətinin praktiki aspektləri, miqrasiyanın tənzimlənmə mexanizmləri barədə ətraflı məlumat verilib. Miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti