Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzində növbəti təlim keçirilib

Miqrasiya üzrə Regional Təlim Mərkəzində “İnsan alverinə və tənzimlənməyən miqrasiyaya qarşı mübarizə, miqrant qaçaqçılığın qarşısının alınması və saxta sənədlərin aşkarlanması” mövzusunda təlim keçirilib.

Təlimdə Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının və  Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Təlim çərçivəsində Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının eksperti tərəfindən  “İnsan alverinə qarşı mübarizədə Azərbaycanın təcrübəsi”, “Tənzimlənməyən miqrasiyaya qarşı mübarizədə ən yaxşı təcrübələr”, “Miqrant qaçaqçılığına qarşı mübarizə”  və “Saxta sənədlərin aşkarlanması və sənəd təhlükəsizliyi” mövzularında təqdimatlar edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti