Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Xidmətimizdən istifadə edən şəxslər arasında növbəti sorğu keçirilib

Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnuniyyəti, xidmətlərin əlçatanlığı və şəffaflığı, miqrasiya orqanları işinin təşkili prosesində ictimai iştirakçılığın təmin olunması Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindədir.

Bu məqsədlə Dövlət Miqrasiya Xidməti və “Miqrasiya könüllüsü” İctimai Birliyi tərəfindən Bakı şəhər regional miqrasiya baş idarəsində və əcnəbilərin daha çox üz tutduğu məkanlarda növbəti sorğu keçirilib.

Keçirilən sorğuda 50-dən çox respondent iştirak edib. Onlara miqrasiya xidmətlərinin əlçatanlığı, operativ şəkildə icrası, keyfiyyəti barədə suallar təqdim olunub.

Göstərilən xidmətlər respondentlərin 95%-i tərəfindən müsbət qiymətləndirilib.

Sorğuda iştirak edən şəxslərə təşəkkürümüzü bildirik!

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti