Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda səyyar xidmətlər davam etdirilir

 Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Ağsu, Gəncə, Naxçıvan, Xaçmaz, Lənkəran regional miqrasiya idarələri tərəfindən İsmayıllı, Kürdəmir, Gəncə Culfa, Kəngərli, Xaçmaz, Siyəzən, Lənkəran, Cəlilabad və   Masallıda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

Eyni zamanda şəxslərdən müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib, həmçinin müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti