Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün psixoterapevt və təlimçi Mirşahin Əlizadə tərəfindən “Uğurlu olmağın sirri və şəxsi imicin yaradılması”, “Sistem düşüncəsi və Sibernetika” mövzularında təlimlər keçirilib.

DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlimlər zamanı M.Əlizadə iştirakçılara şüur və şüuraltı zehnin işləmə mexanizmi, sistem düşüncəsi-sibernetika barədə ətraflı məlumat verib. İş mühitində effektiv ünsiyyət strategiyalarından və razısalma psixologiyasından istifadə etmə üsulları barədə fikir mübadiləsi aparılıb.

İnteraktiv müzakirələr formasında keçən təlimlər psixoloji test və    iştirakçıları  maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti