Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Şəki, Yevlax, Lənkəran regional miqrasiya idarələri tərəfindən maarifləndirmə tədbirləri keçirilib.

Görüşlər “Miqrasiya prosesləri və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, həmçinin tənzimlənməyən miqrasiyaya qarşı mübarizə” və "Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları" mövzularına həsr olunub.

Tədbirlərdə yerli inzibati ərazi dairə nümayəndələri, bələdiyyələrin, idarə, müəssisə rəhbərləri və işəgötürənlər, müəllim-tələbə heyəti iştirak edib.

Çıxış edənlər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, təhsil əsasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, uzadılması qaydaları və miqrasiya qanunvericiliyi barədə məlumatlar veriblər. Həmçinin tənzimlənməyən miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti