Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən növbəti “Miqrasiya Məktəbi – 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Vahid Qəhrəmanov tərəfindən “Azərbaycan Respublikasının miqrasiya siyasəti, Ümummilli Liderin irsinin öyrənilməsi”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İlqar Alqayev və Dövlət Turizm Agentliyinin əməkdaşı Azər Orucov, həmçinin peşəkar təlimçi Kəbirə Məmmədova tərəfindən isə müvafiq olaraq “Miqrantların əmək hüquqları və onların müdafiəsi”, “Azərbaycanda turizmin inkişafı və perspektivlər”, “Emosional zəka” mövzularında interaktiv şəkildə təlimlər keçirilib.

Həmçinin “Azərbaycan Respublikasının viza siyasəti” mövzusunda “İnnovasiyalar Mərkəzi”-nin əməkdaşı Nərmin Hacıyevanın və Xarici İşlər Nazirliyinin əməkdaşı Fidan Çələbiyevanın təlimləri təşkil edilib.

Xatırladaq ki, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaq və proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcək.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti