Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları müxtəlif idman yarışlarında uğur qazanıblar

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərov pauerliftinq üzrə 150-yə yaxın idmançının mübarizə apardığı ölkə çempionatında 15-ci dəfə qızıl medal qazanıb.

Ə. Əsgərov Bakı Əl Oyunları İdman Sarayında keçirilən yarışda 90 kiloqramadək idmançılar arasında bütün rəqiblərini üstələyərək qalib gəlib.

Milli komandanın tərkibinin müəyyən edildiyi yarışda ölkə çempionları bu ilin iyun ayında Finlandiyada keçiriləcək Avropa çempionatına vəsiqə əldə ediblər.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin digər əməkdaşı Babək Fətullazadə Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında üçüncü yeri tutub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti