Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qəbələdə maarifləndirmə tədbiri keçirilib

Şəki regional miqrasiya idarəsi tərəfindən Qəbələdə miqrasiya qanunvericiliyindəki  dəyişikliklər və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Görüşdə əcnəbilər, əcnəbi işçiləri işə götürən sahibkarlar, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və müəllim heyəti iştirakı edib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri, əcnəbi işçiləri işə götürən sahibkarların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “2024-2026-cı illər üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kommunikasiya Strategiyası”nın fəaliyyət planının icrasına dair hesabatlığın təmin edilməsi məqsədilə auditoriyanın məlumatlığının ölçülməsi üçün 72 nəfər iştirakçı arasında sorğu keçirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti