Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə tədbirləri ilə bağlı təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin miqrasiya rejiminə nəzarət sahəsində çalışan əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi məqsədilə “Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə tədbirlərinin təşkilində səmərəliliyin artırılması” mövzusunda onlayn təlim keçirilib.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin tətbiqi istiqamətində təşkil olunan təlimdə inzibati icraatda prosedur, sübutlar və onların qiymətləndirilməsi, həmçinin inzibati şikayətlər, inzibati xəta haqqında iş üzrə qərarın icrasına dair ətraflı məlumatlar, praktikada tətbiqi məsələləri əməkdaşların diqqətinə çatdırılıb.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti