Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya orqanları işçiləri üçün növbəti təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin mütəxəssisi İlhamə Axundova tərəfindən miqrasiya orqanları işçiləri üçün “Emosional zəkanın inkişafı”, “Piqmelion effekti” mövzularında təlim keçirilib.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlim zamanı İlhamə Axundova emosional zəka və səriştəliklər barədə məlumat verərək, onun iş mühitində işləmə mexanizmi və inkişaf etdirilməsindən bəhs edib. Həmçinin təlim iştirakçılarına “Piqmelion effekti” anlayışı (gözləntilərin davranışlara və nəticələrə təsiri) barədə ətraflı məlumat verilib.

İnteraktiv şəkildə keçən təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti