newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. XX əsrin ən qanlı faciəsi kimi tarixə düşmüş qətliamda erməni vandalları tərəfindən amansızca qətlə yetirilmiş Xocalı sakinlərinin ruhu ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.

Böyük qürur hiss ilə qeyd edək ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edilib, o cümlədən Xocalı rayonu separatçılardan təmizlənib. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını nümayiş etdirir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur