Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti “Asan xidmət indeksi” üzrə mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair  təqdimat keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev də iştirak edib.

2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən  göstərilən xidmətlər mərkəzi icra hakimiyyəti orqanları arasında 2-ci yerə layiq görülüb.

Xatırladaq ki, 2018-2021-ci illər ərzində Dövlət Miqrasiya Xidməti ən yüksək göstəricilərə nail olaraq 4 dəfə ardıcıl birincilik əldə edib. Ötən dövr ərzində də Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlərlərlə bağlı istifadəçilərə yüksək keyfiyyətli xidmət həyata keçirmək məqsədi ilə  “ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə parametrlərinə uyğunlaşdırılması, çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti