Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 6” layihəsi üzrə növbəti təlimlər təşkil olunub.

Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi, Beynəlxalq əməkdaşlıq idarəsi, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsi və  Miqrasiya nəzarəti baş idarəsinin nümayəndələri “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları”, “Miqrasiya barədə məlumat: əsas konsepsiya və terminlər, qlobal miqrasiya trendləri”, “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi” və “Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə” mövzularında interaktiv şəkildə təlimlər keçiblər.  

Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti