Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında yarış keçirilib

Azərbaycan Gəncləri Günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında Bowling yarışı keçirilib.

Yarışın məqsədi əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki aktivlik səviyyəsinin yüksəldilməsi və asudə vaxtın səmərəli təşkilidir.

DMX-nin Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilən yarışda Xidmətin 130-dan çox əməkdaşı bir araya gəlib. Yarışda ümumilikdə 11 komanda mübarizə aparıb. Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə DMX-nın Miqrasiya nəzrəti baş idarəsinin, II yerə Kadrlar və kadr hazırlığı idarəsinin, III yerə isə Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin komandaları layiq görülüb.

Tədbir xoş və maraqlı anlarla yadda qalıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti