Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində ilk təlimlər keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 6” layihəsi üzrə ilk təlimlər təşkil olunub.

Miqrasiya siyasəti və hüquqi təminat və Miqrasiya proseslərini tənzimləmə baş idarələrinin nümayəndələri “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi” və “Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları” mövzularında interaktiv şəkildə təlimlər keçiblər.

Təlimçilər iştirakçılara Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, miqrasiya sahəsində digər normativ hüquqi aktlar, həmçinin miqrasiya proseslərinin tənzimlənməsi məsələləri barədə ətraflı məlumat veriblər, onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti