Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmətlər davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər davam etdirilir.

Bu istiqamətdə növbəti səyyar xidmətlər Gəncə və Yevlax  regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Gəncə, Yevlax və Bərdədə yaşayan sağlamlıq imkanları məhdud şəxslərə göstərilib.

Səyyar xidmətlər zamanı şəxslərin müvəqqəti yaşama icazəsinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədləri qəbul edilib. Həmçinin müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.

Eyni zamanda miqrasiya qanunvericiliyinə dair onları maraqlandıran məsələlərlə bağlı məlumatlar verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti