Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Bik Lum ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi qurumlararası əməkdaşlığın mövcud vəziyyətindən bəhs edib. Görüşün İkinci Qlobal Qaçqın Forumu öncəsi təşkilinin, eləcə də cari il ərzində həyata keçirilən birgə fəaliyyətlərin müzakirəsi və qiymətləndirilməsi baxımından önəmini vurğulayıb.

Qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində DMX ilə əməkdaşlıq çərçivəsində görülmüş işləri müsbət qiymətləndirən BMT QAK-ın  Azərbaycandakı Nümayəndəsi xanım Bik Lum mövcud olan əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti