Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində tariximizin şanlı səhifəsi olan 8 noyabr - Zəfər Gününün 3-cü ildönümü ərəfəsində tədbir təşkil olunub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsində iştirak edən əməkdaşlarının olduğu tədbirə qonaq qismində “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunan polkovnik Raqif İsrayılov və polkovnik-leytenant Anar Mirzəyev dəvət olunub.

Görüşdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Əliyev I Qarabağ müharibəsinin iştirakçısı kimi Vətən savaşının qürurverici və çətin məqamlarına toxunub. Bildirib ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində rəşadətli Azərbaycan ordusu yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib.  Şanlı tariximizi əks etdirən bu əlamətdar təqvimin hər il hər bir azərbaycanlının iftixarla yaşadığı gün olduğunu diqqətə çatdırıb.

Tədbirin fəxri qonaqları polkovnik Raqif İsrayılov və polkovnik-leytenant Anar Mirzəyev keçdikləri şərəfli, keşməkeşli döyüş yollarından bəhs ediblər. İştirakçılar yeni zəfər səlnaməsi yazmış şanlı Azərbaycan Ordusunun qələbələrindən söhbət açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, yenilməz Ordumuzun rəşadəti sayəsində 44 gün ərzində apardığımız haqq savaşında qazanılmış şanlı Zəfərdən  bəhs edən videoçarx nümayiş olunub.

 Sonda qonaqlarla xatirə şəkli çəkilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti