Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Yevlaxda maarifləndirmə tədbiri keçirilib

Yevlax regional miqrasiya idarəsi tərəfindən “Miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə aidiyyəti dövlət qurumlarının qarşılıqlı əlaqələrinin əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Yevlax şəhərində təşkil edilən tədbirdə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, xüsusilə  təhsil əsasında müvəqqəti yaşamaq üçün icazələrin alınması, bununla bağlı yaranan çətinliklər və onların həll yolları müzakirə olunub.

Həmçinin tənzimlənməyən miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə məlumatlar da diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti