Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycanın Miqrasiya Profilinin təqdimatı keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasında miqrasiya: 2013-2021-ci illər üçün ölkə profili”nin təqdimatı keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, həmçinin BMqT-nin Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru cənab Manfred Profazi, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən cənab Amr Taha, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən cənab Amr Taha miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın, həmçinin hazırlanmış Miqrasiya Profilinin əhəmiyyəti barədə danışıb.

Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Aygül Abbaszadə “Azərbaycan Respublikasında miqrasiya: 2013-2021-ci illər üçün ölkə profili”nin təqdimatını edib.

Qeyd edək ki, Azərbaycanın miqrasiya profili ölkəmizin də qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 1-ci məqsədi olan dəlillərə əsaslanan siyasətin əsası kimi səhih və təsnif edilmiş məlumatların toplanılması və istifadə edilməsinə uyğun olaraq hazırlanıb. BMqT-nin müvafiq istiqamətləndiricilərinin də nəzərə alındığı sənədin hazırlanmasında məqsəd miqrasiya idarəçiliyində dəlil əsaslı yanaşmanın tətbiqinə töhfə verməkdir. Belə ki, Miqrasiya Profili immiqrasiya, emiqrasiya, tənzimlənməyən miqrasiya, qayıdış miqrasiyası və daxili miqrasiya üzrə Azərbaycanla bağlı statistik məlumatlar əsasında miqrasiyanın ölkənin inkişafına təsirlərini qiymətləndirir. Eyni zamanda sənəd miqrasiya ilə bağlı hüquqi və institusional çərçivə, eləcə də müxtəlif siyasət və proqramlar barədə məlumatları əks etdirir.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti