Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya tədqiqatlarının aparılması” üzrə seminar keçirilir

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Miqrasiya tədqiqatlarının aparılması” üzrə seminar keçirilir.

Beynəlxalq ekspert, Maastrixt Unversitetinin professoru Melisa Sigel tərəfindək keçirilən seminar maraqlı tərəflərin nümayəndələrinin miqrasiya tədqiqatları sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir.

İnteraktiv formada keçirilən seminar müsahibələrin hazırlanması və həyata keçirilməsi, fokus qruplarının layihələndirilməsi, keyfiyyət əsaslı məlumatlara giriş, sorğunun hazırlanması, dizaynı, müsahibənin kodlaşdırılması və vizuallaşdırılması, əsas məlumatların təhlili mövzularını əhatə edir.

Qeyd edək ki, MOBİLAZE-2 layihəsinin icrasına 1 iyun 2021-ci ildə başlanılmış və 31 may 2024-cü ilədək icra edilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi Azərbaycan Respublikasında dəlil əsaslı miqrasiya və sərhəd idarəçiliyi siyasətinin inkişafına və həyata keçirilməsinə töhfə verməkdir.

Xatırladaq ki, 4 gün davam edəcək seminar cari ilin 18-19 may tarixlərində keçirilmiş təlimin davamı kimi təşkil olunur. Seminarda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, elmi dairələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

 

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti