newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi tərəfindən 2023-cü ilin iyul ayı ərzində cavablandırılmış zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2023-ci ilin iyul ayı ərzində 8858 zəng cavablandırılıb. Onlardan 7595-i Azərbaycan dilində, 1166-ı rus dilində, 97-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2548-i müvəqqəti yaşama icazəsi, 188-i müvəqqəti olma müddətinin uzadılması, 551-i vətəndaşlıq məsələləri, 1649-u olduğu yer üzrə qeydiyyat, 647-i daimi yaşama icazəsi, 570-i iş icazəsi, 394-ü inzibati xəta, 2311-i isə digər məsələlərlə bağlı olub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur