Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndələri ilə görüşüb

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Regional Portfolio Meneceri xanım Violeta Vaqner və təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Səltənət Məmmədova ilə görüşüb.

Qonaqları səmimi salamlayan Vüsal Hüseynov Xidmətin miqrasiya sahəsində beynəlxalq qurumlarla, o cümlədən MSİBM ilə əməkdaşlığa xüsusi önəm verdiyini, iki qurum arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində əldə edilən nəticələri və reallaşdırılan səmərəli tədbirləri yüksək qiymətləndirib.

Həyata keçirilən birgə layihələrdən, səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən xanım Violeta Vaqner, mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti