Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Yardımlı və Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Lənkəran regional miqrasiya idarəsi tərəfindən Yardımlı və Lənkəran şəhərlərində maarifləndirmə tədbirləri keçirilib.

Rayon icra hakimiyyəti inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrin, turizim sektoru təmsilçilərinin iştirak etdiyi tədbirlər “Əməkçi miqrantların hüquqlarının qorunması. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin  olma və yaşama qaydaları" və "Miqrasiya qanunvericiliyinin tələbini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda qəbul edən tərəfin inzibati məsuliyyəti" mövzularına həsr olunub.

Görüşdə tədbir iştirakçılarına həmçinin olduğu yer üzrə qeydiyyat, iş icazələrinin alınması, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə də məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti