Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Heydər Əliyev İli” çərçivəsində Qəbələdə tədbir keçirilib

Şəki regional miqrasiya idarəsi tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” və “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzularında tələbə heyətinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Şəki regional miqrasiya idarəsinin əməkdaşları çıxış edərək Ulu öndərin vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər. Həmçinin Ümummilli liderin miqrasiya siyasətinin formalaşdırılması, idarə olunması və inkişafı istiqamətində mexanizmlərin işlənib hazırlanmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Eləcə də Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə ətraflı məlumat verilib.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti