newsPhoto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Bik Lum ilə görüşüb.

Görüşdə Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK arasında sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Xidmət rəisi qaçqınların və qaçqın statusu almaq niyyətində olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Ölkəmizin sədrliyi ilə Almatı prosesi, eləcə də Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində mövcud əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində DMX ilə əməkdaşlıq çərçivəsində görülmüş işləri müsbət qiymətləndirən BMT QAK-ın  Azərbaycandakı Nümayəndəsi Bik Lum mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur