Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan Respublikası ilə bağlı Miqrasiya İdarəçiliyi İndikatorları üzrə hesabatın ilkin layihəsi üzrə məsləhətləşmələr təşkil edilib

Beynəlxalq Miqarasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi (BMqT) Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycanda Miqrasiya İdarəçiliyi İndikatorları (Mİİ) prosesi üzrə qurumlararası məsləhətləşmələrlə bağlı görüş təşkil edib.

Tədbirdə BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Amela Mujagic və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edərək müvafiq dövlət qurumlarını, eləcə də qeyri-hökumət təşkilatlarını bir araya gətirən məsləhətləşmə görüşünün əhəmiyyətini vurğulayıblar. Birgə müzakirələr nəticəsində hazırlanacaq yekun hesabatın Azərbaycanda miqrasiyanın idarə olunmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Tədbirdə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan ilə bağlı Miqrasiya İdarəçiliyi İndikatorları üzrə hesabatın ilkin layihəsində müəyyənləşdirilmiş müsbət təcrübələri və mövcud əsas boşluqları müzakirə ediblər, layihəyə dair öz rəy və təkliflərini bildiriblər.

Qeyd edək ki, BMqT və “Economist Impact (EI)” beyin mərkəzi tərəfindən birgə həyata keçirilən Mİİ prosesi hökumətlərə miqrasiya idarəçiliyi ilə bağlı mövcud siyasətləri və təcrübələri qiymətləndirmək imkanı verir. Qiymətləndirmə 6 istiqamət üzrə təxminən 90 göstərici əsasında aparılır. Hazırda dünyanın 100-dən çox ölkəsi Mİİ-nin qiymətləndirmə prosesində iştirak edir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti