Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən  “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarına və dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə tədbirlər keçirməklə bağlı çağırışına dəstək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də silsilə tədbirlər həyata keçirilib.

Bu istiqamətdə Yevlax, Xaçmaz, Şəki, Gəncə, Ağsu regional miqrasiya idarələri və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən Ucar, Şabran, Qax, Naftalan, Goranboy, İsmayıllı və Bərdədə maarifləndirmə tədbirləri təşkil olunub.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin, ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları əməkdaşları, ümumitəhsil məktəblərinin  direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

"İnsan hüquqları aylığı" mövzusuna həsr olunan maarifləndirmə tədbirlərində  əcnəbi və vətəndaşlığı  olmayan şəxslərin hüquq və vəzifələri, eyni zamanda  Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti