Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Beyləqanda maarifləndirmə tədbiri keçirilib

18 may - 18 iyun İnsan Hüquqları Aylığı" çərçivəsində Şirvan regional miqrasiya idarəsi tərəfindən Beyləqan rayon Gənclər  mərkəzində “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquq və vəzifələri, qanunsuz əmək fəaliyyətinə qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Rayon icra hakimiyyətinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin, həmçinin ictimaiyyətin iştirak etdiyi tədbirdə Dövlət  Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən söhbət açılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, yaşama icazələrinin növləri və verilmə qaydaları, inzibati məsuliyyət, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə bağlı məlumatlar verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti