Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Əcnəbi tələbələrin məlumatlandırılması məqsədilə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələrinin və əcnəbi tələbələrin məlumatlandırılması məqsədilə mütəmadi olaraq görüşlər keçirilir.

2023-2024-cü təhsil ili ilə əlaqədar əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunan növbəti tədbir Dövlət Miqrasiya Xidməti Aparatında keçirilib. 

Görüşdə Dövlət Miqrasiya Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məsul əməkdaşları iştirak edib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev əcnəbi tələbələrin məlumatlandırılması üçün maarifləndirmə tədbirlərinin təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Tədbir iştirakçılarını Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırıb. Baş idarə rəisi əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkilinin, eləcə də ölkədə olma və yaşama qaydaları ilə bağlı müvafiq prosedurların vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə iştirak edən digər dövlət qurumlarının məsul əməkdaşları aktual məsələlər üzrə çıxışlar edib. Qeyd edilən məsələlərlə bağlı müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.  

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti