Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Vətəndaş qəbulu prosesini həyata keçirən əməkdaşlar üçün psixoloji təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsində  əməkdaşlar üçün “Dözümlülük məşqi. Stresə davamlılıq, stresin idarə edilməsi” mövzusunda təlim təşkil edilib.

Təlimdə Xidmətin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən və vətəndaşların qəbulu prosesini həyata keçirən əməkdaşları iştirak edib.

Müasir Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Aida Sübhan tərəfindən keçirilən təlimdə iştirakçılara stresin xüsusiyyətləri və onun idarə olunmasına dair strategiyalar barədə məlumatlar verilib.

Eyni zamanda hüquq-mühafizə orqanı əməkdaşlarına vətəndaş məmnunluğuna əsaslanan səbrli və təmkinli davranışın nümayişi, səmərəli ünsiyyətin qurulması, işgüzar etiketə dair bacarıqlarının daha da təkmilləşdirilməsinə yönələn biliklər də aşılanıb.

      Təlim zamanı iştirakçılar müxtəlif psixoloji testlərdən keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti