Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Zaqatalada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şəki regional miqrasiya idarəsi tərəfindən Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir keçirilib.  

Tədbirdə rayon İcra Hakimiyyətinin, Zaqatala şəhəri Heydər Əliyev Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak edib.

Öncə Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Ulu öndərin vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində misilsiz fəaliyyətindən bəhs olunub. Həmçinin Ümummilli liderin miqrasiya siyasətinin formalaşdırılması, idarə olunması və inkişafı istiqamətində mexanizmlərin işlənib hazırlanmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda Zaqatala şəhəri Heydər Əliyev Mərkəzindəki Ümummilli liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin əks olunduğu muzey ziyarət olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti